Meyxanaçı-müğənni Samirə Yusifqızının 2-ci dəfə özündən yaşca kiçik hacı ilə ailə quracağı xəbəri yalan çıxıb.
Lent.az -ın məlumatına görə, ifaçı bir müddət öncə “Elgizlə izlə” verilişində ailə quracağını söyləsə də bu gün “Hər şey daxil” verilişində belə bir fikrinin olmadığını deyib: "Ərə getmirəm, boş söhbətdir".
Verilişin aparıcısı Tolik isə Samirəyə "Bəs verilişlərə çıxıb deyirdin, ərə gedirəm?", - sualını ünvanlayıb.
İfaçı isə ona cavab olaraq “Bir nəfər var idi, İsveçrədə yaşayan azərbaycanlı idi. Mənlə ailə qurmaq istəyirdi, razı olmadın”, - sözlərini əlavə edib.
Qeyd edək ki, S.Yusifqızının ilk həyat yoldaşı dünyasını dəyişib.