Aktrisa özündən 48 yaş böyük, 80 yaşlı zəngin amerikalı ilə evlənib 



"Həyat davam edir" serialında "Uşaq gəlin" rolu ilə tanınan Meltem Miraloğlu haqqında maraqlı iddia yayılıb.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, Meltemin ABŞ-da 80 yaşlı bir amerikalı ilə evləndiyi ortaya çıxıb.




Səs sənətçisi Onur Akay, Meltem Miraloğlunun özündən 48 yaş böyük, 80 yaşlı amerikalı zəngin bir adamla 10 gün əvvəl gizlicə evləndiyini bildirib. 
"Meltem Miraloğlu, oynadığı rolu gerçək həyatda yaşadı!" deyən Akay, "Meltem Miraloğlunun "Həyat davam edir" serialında canlandırdığı 15 yaşlı Həyatı xatırlayacaqsınız. Həyatı 70 yaşlı Abbasla evləndirilmişdilər. 32 yaşlı Meltem Miraloğlu 8 il əvvəl oynadığı rolu indi isə gerçək həyatda yaşadı! Bəlkə "Uşaq gəlin" olmadı, amma özündən tam 48 yaş büyük Patrickle adlı 80 yaşlı amerikalı zəngin bir adamla, 10 gün əvvəl gizlicə evləndi.
Türkiyədəki ailəsi, yaxınları və dostlarının bu evlilikdən  xəbəri olmadı, amma ailəsi sonradan öyrəndi. Miraloğlu eyni zamanda ingilis dilində təhsili almaq üçün məktəbə davam edir və əri son model avtomobili ilə hər gün onu məktəbdən götürməyə gedir." deyə bildirib.

Miraloğlu 2016-cı ildə aktyor və rejissor Tayfur Aydın ilə evlənmişdi və 2017-ci ildə səssiz- sədasız boşanmışdı.

Turan