Afət "daşı ətəyindən tökmür": "Bu dəfə Nizaminin "Sübhədək" qəzəlini..."

Afət Fərmanqızı bir müddətdir ki, dahi Nizaminin qəzəlinə mahnı oxuduğunu, yaxın zamanda yayımlanacağını söyləyirdi. 

"Sherg.az" xəbər verir ki, müğənni həmin mahnını bu gün izləyicilərinə təqdim edib. O, Nizaminin "Sübhədək" qəzəlini səsləndirib. 

Qeyd edək ki, müğənni ötən illərdə Nəsiminin "Sığmazam" qəzəlinə mahnı oxuduğu üçün tənqid atəşinə tutulub.