Hadisə sevgilisinə özü bişirdiyi yeməkləri apardı

Hadisə Açıkgöz (35) ilə Kaan Yıldırım cütlüyü yenə maqazin xəbərlərin gündəmindədir.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, axtardığı eşqi Kaan Yıldırımda tapan məşhur müğənni Hadisə, hazırladığı yeməkləri də gətirərək sevgilisini rol aldığı 'Həkimoğlu' serialının setində ziyarət edib.

 Ziyarətdən əvvəli mətbəxə girib bütün hünərlərini sərgiləyən Hadisə, bişirdiyi keks və börəkləri də setə aparıb. Məşhur müğənninin setdə çalışanları da qonaq etdiyi keks və börəklər dəqiqələr içində yeyilib.

Turan