Muradın atası Handeni qəbul etmir

Son zamanlar gündəmdən düşməyən aktrisa Hande Erçelin şəxsi həyatı ilə bağlı bəzi detallar ortaya çıxıb.

Axşam.az türk mətbuatına istinadən bildirir ki, aktrisa gözlərdən uzaq eşq yaşadığı iş adamı Murad Akdoğanla münasibətlərinə son qoyub. Buna səbəb Muradın atasının Handeni gəlini olaraq görməməsidir.

Vəziyyət belə olduğu halda Akdoğan yeni eşq yaşamağa başladığı Handedən ayrılıb. Cütlük ayrılsa da, sosial şəbəkədə bir-birlərini hələ də izləyir.