"Müğənnilər toydan sonra kababı çantalarına yığırlar"

Rəqqasə Fatimə Fətəliyeva sənət adamları haqda gözlənilməz iddia irəli sürüb.  

"Sherg.az"   xəbər verir ki, sənətçi "Hüseynova bacıları" proqramında toyda gördüklərini danışıb.

"Özlərinə bir az hörmət etsinlər. Söhbət xanım müğənnilərdən gedir. Gördüklərimi danışıram. Oturuşlarına, yemək yeməklərinə baxsınlar. Sizə görə hamımızın adı pis olur. Sən müğənnisən axı. İnsanlar sənlə şəkil çəkdirir. Toydan sonra stoldakı kababları sumkalarına qoyub evə aparırlar. Bəlkə məndən yaşca böyükdürlər, amma oturub, duruşlarına fikir versələr yaxşı olar"./Axşam.az