Afət sözündən dönmür: “Flora Kərimovanı bağışlamayacam”

“Məlum mahnı ilə bağlı bir neçə nəfər mənə söz atmışdı. Cavablarını verdim. Nüşabə Ələsgərli, Roza Zərgərli, Sevda Sanəliyeva ilə barışmışam. Nüşabə xanım daha  çox ajiotaj yaratmışdı. Qalmaqal hesab olunurdu. Digər xanımlardan sadəcə  inciklik var idi”.
“Sherg.az” xəbər verir ki, bu sözləri “7 Canlı” proqramında müğənni Afət Fərmanqızı söyləyib. O, ona göstərilən 6 məşhur haqda fikir bildirib:
“Rüfət Axunovla bir-iki dəfə ev şənliyi ilə bağlı danışmışıq. Efirdə də rastlaşmamışıq, birgə fotomuz da yoxdur. Amma onu özümə yaxın hesab edirəm. Çünki çox yaxşı insandır”.

A.Fərmanqızı “Eurovision” qalibi Nigar Camalı tanımayıb:

“Nigar Camal kimdir? Aktrisadır? Onda xoşum  gəlməyən məşhur elə o olsun.

Flora Kərimovanı heç vaxt bağışlamayacam. Sənətini sevirəm, amma məni təhqir etdiyi üçün onu əfv etmərəm. Tənqid yox, təhqir edib.

Sevda xanım mənə söz atıb. Amma gündəmə gəlmək üçün belə etdiyini demirəm. Hamının mahnısını bilirəm. Roza xanımın ifalarından xəbərdar deyiləm. Yəqin repertuarı ruhuma yaxın deyil.
 
Kaş Brilliant Dadaşova ilə aramızda  soyuqluq olmazdı. Həmin mahnı ilə bağlı qalmaqalda söhbətin nədən getdiyini bilmədi. Səhv məlumatlandırdılar. Bilmirdilər ki, F.Kərimova məni təhqir etmişdi. Mən də təhqirə tənqidlə cavab verdim. Məni də dəli kimi sevənlər var. O təhqir edən adamı görəndə xəsarət yetirərlər deyə, açıqlamadım. Jurnalistlərdən kim istəsə zəng etsin, onlara həmin təhqirləri göndərim, amma yaymasınlar”.