Damlanı peşman etdilər: Hovuza uzun donla girib - REAKSİYA

Müğənni Damla “Oyun” adlı mahnısına klip çəkdirib. Lakin onun klipdəki səhnələri sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Damlanın hovuz başında geyindiyi paltar tənqid atəşinə tutulub. “Sherg.az” xəbər verir ki, sənətçi bütün iradlara münasibət bildirib. O, dünya ulduzlarının bənzər fotolarını paylaşaraq ironiya ilə yazıb:

“Rihanna bacı, heç sizdən gözləməzdik. Necə ola bilər axı hovuz kənarında uzun toy paltarı ilə oturmusunuz? Parıltılı, uzun libas  hovuz ətrafına uyğun olmayıb. Bu nə tərzdir?! Mən də elə geyinmişdim, millət ayağa qalxıb. Tez səhvini düzəlt”.

İfaçı sonra əlavə edib:

“Çox gözəl stimul verdiniz. Sizdən yalnız bunu gözləmək olardı. Bir az araşdırın, maraqlanın, sonra fikir bildirin. Hər zaman tənqidlərinizə açığam. Bilmədiyiniz mövzular haqda susmağı bacarın”.