Pərvin: "Atam evlənməyimi istəyir, ər çörəyi yeyəcəm"

"Evlənməyimi daha çox atam  istəyir. Ona görə evdə tez-tez deyir. Özü söyləyir, görür, nəsə olmur. Sonra bacıma bildirir ki, bəlkə, sən məsləhət verəsən".
"Sherg.az"ın məlumatına görə, bu sözləri "Həmin Zaur" proqramında aktrisa Pərvin Abıyeva deyib. O, iki bacı bir qardaş olduqlarını söyləyib:
"Boyumun uzunluğunda atama oxşamışam, sima olaraq anama bənzəyirəm. O daha gözəldir. Atam anamı qaçırıb. Biri Ağsudan, digəri Əlibayramlı Səlyan zonasındandır. İkisi də universiteti Bakıda oxuyub və burda tanış olublar. Atam işləyir. Mənim kimi qız valideyinlərinə baxmalıdır. Amma işləyib-işləməməyinin nə fərqi var? Evlənəndə də ər mənə baxacaq. Ər çörəyi yeyəcəm. Bunu hər qadın istəyər. Mən göründüyüm kimi deyiləm. Özünüz hər zaman çox güclü göstərirəm. Bəzən isə mənən çökürəm".