İlkinin həyat yoldaşı “Fəlakət”in boşanmasından yazdı: “Özünü “namuslu”...”

Xəbər verdiyimiz kimi “Fəlakət” obrazı ilə tanınan aktyor Elşən Orucov rəsmən boşanıb. O, iki ildir ki, İlahə adlı xanımla evli idi. Onların bu evlilikdən bir qızları var.
Bu xəbər sosial şəbəkələrdə gündəm olub. Lakin izləyicilər xoş olmayan rəylər yazıblar.

“Sherg.az”ın məlumatına görə aparıcı, aktyor İlkin Həsəninin həyat yoldaşı Aysel xanım sözügedən kommentlərə sərt reaksiya verib. O, İnstaqram hesabında bunları yazıb:

“Bilib-bilmədən kiminsə ailə məsələsinə, evlənməsinə, boşanmasına, ana olmasına, niyə ikinci dəfə ana olmamasına iyrənc kommentlər yazırsınız. 

Yalnız üzdə deyil, kompüter, telefon arxasında özünü “namuslu, gözəl, ağıllı”, camaatı “yaraşmırdı, eybəcərdi, tərbiyəsizdir” hesab edən cılız insalara nifrət edirəm. Qadınlığınızdan utanın.

Çünki siz bədbəxtliyinizin günahını onda-bunda axtarırsınız”.