Rafael Dadaşovun qızı:"Atam imkan verməzdi ki..."

Müğənni Səidə Dadaşova “Sözbaz” verilişində qonaq olub. O, atası mərhum xalq artisti Rafael Dadaşovdan danışıb.
“Sherg.az” xəbər verir ki, S.Dadaşova sözügedən proqramda bunları söyləyib:
“Atama hər an ehtiyac duyuram. Hər yerdə o var. Səsi, bütün kəlamları hələ də qulağımdadır. Atam həmişə özünü övladlarına  həsr edib. İmkan verməzdi ki, bizə zərər gəlsin. Doğrudan onun yanında kimin və necə olduğunu gec anladı. O, atadır. Nəyisə nədən necə ayıra bilər? Son nəfəsinə qədər övladları üçün canını verib. Sadəcə mənə bağlılığı yaşlı vaxtlarına təsadüf etdi”.