Ramil Nabran hər kəsi kövrəltdi: “Camaat dənizdə qaralıb, mən isə qəbirstanlıqda..”

Tanınmış reper Ramil Nabran "Elgizlə izlə" proqramındakı açıqlaması ilə hər kəsi kövrəldib.
"Sherg.az" xəbər verir, sözügedən verilişdə bunları söyləyib:
"Bir neçə gün öncə Nardaranda yaşayan bibim oğlu qaraciyər serrozundan vəfat edib. O, qohumlarına, əzizlərinə dəstək olurdu deyə, özünə vaxt ayırmırdı. Əfsuslar olsun biz onu  41 yaşında itirdik.  Belə bir hadisə baş verdi. Bəziləri məni görüb deyirlər, qaralmısan. Camaat dənizdə qaralıb, mən isə qəbirstanlıqda".