Nura TƏBİB-in qərarlarına "od püskürdü": "Camaatı cərimələmək üçün tələ..."

Müğənni Nura Suri Feysbuk profilində karantin rejiminin qaydalarına irad bildirib.
“Sherg.az” xəbər verir ki, o, statusda bunları yazıb:
“Toylar açılır, lap yaxşı. Bunu bildik.
Bəs, açıq havada toyda maska taxmaq, ya taxmamaq haqda bir açıqlama verən olub? Yoxsa toyların açılması yenə camaatı ucdantutma cərimələmək üçün tələdir?
O boyda Amerikada maska taxmayanları cərimələyən görmədim. Maska məcburiyyəti də iyunun 15-dən ləğv olundu.
Las Vegasda ayın on beşindən əvvəl də, ümumiyyətlə, maska taxan yox idi”.