Pərvin Abıyeva:"Hər şeydən pul qazanmağı bacarıram"    

Aktrisa Pərvin Abıyeva “Həmin Zaur” proqramında qonaq olub.
“Sherg.az” xəbər verir ki, o özü ilə bağlı danışıb. Sənətçi bunları söyləyib:
“Bacarmadığım nəsə yoxdur. Hər şeydən pul qazanmağı bacarıram. Çox nadir hallarda utanıram. Bu sənətə gələndə bilməlisən ki, kompleksiz və azad olmaq bir işə yaramır. Həmişə üstümdə telefonum olmalıdır. İndiyə qədər aldığım ən bahalı hədiyyənin qiyməti  30 mindir. O biriləri açıqlamıram. Zinət əşyası idi. Əsasları gizlədirəm. Mənim haqqımda qəlbən saf olduğumu söyləmirlər. Ancaq mənfiliklərdən danışırlar. Bədənimdən çox razıyam”.