Rəqsanədən Zaura: “...Nazilə onlardan deyil”

Şairə Nazilə Səfərli də işi ilə bağlı Rusiyaya yollanıb. Aparıcı Zaur Baxşəliyev bununla bağlı video çəkərək müğənni Rəqsanə İsmayılovanın həmkarları haqda “Toydan sonra evə gedin” açıqlamasına replika atıb. 
“Sherg.az” xəbər verir ki, aparıcının zarafatla çəkdiyi videonu şairə profilində paylaşaraq bu sözləri yazıb:
“Səhər İnstaqrama girdim gördüm ağsaqqal gileylənir. Son sözünü eşidəndə başımı necə döydümsə başım ağrıdı. Zaur, evdən çıxmıram. Xına bitən kimi qayıdacam. Biz adımızı kiməsə görə deyil, özümüz üçün qoruyuruq”.
R.İsmayılova sözügedən videoya belə münasibət bildirib:
“Zaur, Nazilə onlardan deyil”.