Nazpəri Dostəliyeva: "Beş aydır əlimə mikrofon almıram"

Bir müddət öncə oğlu Əlini itirən xalq artisti Nazpəri Dostəliyevadan xəbər var. 
O, Biləsuvarda şəhid Kənan Rüstəmlinin adına bulağın açılışında iştirak edib.
"Sherg.az" xəbər verir ki, sənətkar Kənanın ona Biləsuvarı sevdirdiyini söyləyib:
"Beş aydan çoxdur ki əlimə mikrofon almıram".
Qeyd edək ki, müğəninin oğlu Əli Quliyev 41 yaşında ürək tutmasından dünyasını dəyişib.