Cavanşir: "Sezona 30 min manat qazanmışam"

Müğənni Cavanşir Məmmədov "Sözbaz" verilişinə qonaq olarkən bir sıra açıqlamalar verib.
"Sherg.az"ın məlumatına görə, o, atası haqda danışıb:
"İnsan başsız atlı olur. Atam sağ olsa idi, bu qədər maşın almazdım. Birini  bir il, o birini beş ay sürürəm. Ziyana düşürəm. Atam olsa, deyərdi filan etmək lazımdır. Söyləyərdi ki, bir-iki obyektin olsun və sair. Bəzi müğənnilərin iki-üç obyekti var. Deyirlər, toya 10 minə gedirlər. Bəli, toy oxumaq çətindir. Onun başqa yerdən qazancı gəlir. Fikirləşir ki, ayda bir toya gedərəm, 10 min qazanaram. Lakin mən onun bir sezonda qazandığını, iki-üç sezona əldə edirəm. O, sezonda 50-100 min qazanır, mən isə 30 min. Yaxşı qazanmışam. Firuzə xanım şahiddir ki, insanları incitməmişəm".