Sərxan "od püskürdü":"Həftəyə bir kişi dəyişənlər..."

“Görmüşük ki, xına gecəsini ağıllı, ailəli, oğul-qız sahibi olanlar aparır. Bakıda əksər hallarda heç evində olmayanlar, ailədən xəbərsiz,  həftəyə bir kişi dəyişənlər xına mərasimini idarə edirlər”
“Sherg.az” xəbər verir ki, bu sözləri İnstaqram profilində aktyor Sərxan Kərəmoğlu yazıb. O, fikirlərinə bunları da əlavə edib:
“Qızına xına gecəsi  edirsən.  Adət-ənənəyə əməl etməlisən. Dul və ya sonsuz  qadının yengə getdiyini görmüsünüz? Elimizin adət-ənənəsi var.  Xınayaxdı tarixən müqəddəs bir məclis olub və onu korlamamalıyıq. Bəli, razıyam, bu tədbirdə kişilər olmur. Lakin biz çıxış edirik.  Bəyi çağırırıq və onunla bərabər məclisə daxil oluruq. Oğlanın dostları da gəlir ki, gənclərimiz bir-birilərinin boyunu görsünlər. Adətlərimizi hansısa zəif nöqtələrə qurban  verməyək”.