Brilliant Dadaşova:"O mahnının puluna ev aldım”

Xalq artisti Brilliant Dadaşova “ Fəlidən doğru xəbər”” verilişinin qonağı olub.
“Sherg.az” xəbər verir ki, sənətçi məşhur “ Maç maç” mahnısından bəhs edib:
“Mənə dedilər ki, bir türk şirkəti 11 aydır o mahnıdan istifadə edir. Bir  il tamam olsa, nəsə sübut edə bilməzdin. Bu üzdən getdim, danışdım. Nəticədə beş illik müqavilə imzaladıq. Həmin müddətdə müğənni Günel Zeynalova ( Azəri qızı) “Maç maç” mahnıısnı oxumaq istədi. İbrahim Tatlısəs söylədi ki, artıq aranjman etmişik. Mən də deyə bilmədim ki, belə bir müqavilə var, oxumağa icazə yoxdur. O mahnının puluna ev aldım”.