Üzük saxta olub 

Şeyma Subaşının ayrılıq səbəbi bilindi 

Misirli milyarder kimi tanınan Mohammed Alsaloussi arasındakı eşqin sona çatmasıyla sosial media fenomeni Şeyma Subaşı keçmiş sevgilisiylə çəkdirdiyi bütün fotolarını sosial şəbəkədən çıxarıb. Ayrılıq səbəbi barədə “keçmiş sevgili dolandırıcı çıxdı” iddialarına isə Şeyma Subaşı “əsassız ittihamlardır” cavabını verib.

Keçmiş sevgilinin Şeymaya aldığı bahalı hədiyyələrin də saxta olduğu xəbərləri də maqazin dünyasında yayılmışdı. Elə isə həqiqət nədən ibarətdir? Həqiqət budur ki, misirli oğlan Türkiyədə məşhur olan Şeyma Subaşı sayəsində ölkədə tanınmaq və biznes qurmaq məqsədi güdürmüş. “Misirli milyarder” əvvəlcə eyni işləri başqa ölkələrdə də həyata keçirib. Bir çox ölkələrdə tanınan qadın isimləriylə adı qoşa çəkilib. Amma bunları gizlətməyi bacarıb. Misirli milyarder, həqiqi milyarder də deyil. Kürəyini başqalarına yaslayıb onların puluyla krallıq qurmağa çalışan birisidir.