Nüşabə Ələsgərli qızına toy edəcək

Əməkdar artist Nüşabə Ələsgərli qızı Nigara toy edəcək.
Axşam.az xəbər verir ki, toy avqustun 2-də baş tutacaq. Şəhər restoranlarından birində keçiriləcək məclisə şou-biznes nümayəndələri dəvət olunub.

Qeyd edək ki, Nigar Türkiyə vətəndaşı Doğanla ailə qurub. Cütlüyün toyu pandemiyaya görə ötən il Türkiyədə baş tutub. Nigar Diasporla İş üzrə Dövlət Komitəsində çalışırdı. O, 2019-cu ilin dekabrında Doğanla nişanlanıb.