"Hüseyn pul verdi ki, get plastik əməliyyat etdir"

Aktrisa Gültac Əlili plastik əməliyyat etdirib.
Axşam.az xəbər verir ki, sənətçi bu haqda "Evdəkilərə salam" verilişində deyib. O bildirib ki, aktyor həyat yoldaşı Hüseyn Əlili ona plastik əməliyyat etdirməyi məsləhət görüb:

"Pəhriz saxladım, arıqladım. Dietoloq məsləhəti ilə artıq çəkimi atdım. Gündə 20 min addım atdım. Sonra getdim estetik əməliyyata. Bəzi kompleklərim yarandı. Hüseyn pandemiyada onlayn dərs deyirdi. Pul yığdı və gətirdi pulu verdi mənə ki, get əməliyyat etdir".