"Bu paltarı 17 minə almışam" - Günel Zeynalova 


Müğənni Günel Zeynalova geyimlərinə xərclədiyi pullardan danışıb.

Axşam.az xəbər verir ki, sənətçi qazancının çoxunu brend paltarlar almağa sərf etdiyini bildirib.

O, qardaşı Tunar Rəhmanoğlunun toyunda geyindiyi paltara 17 min lirə, təxminən 3381 manat ödədiyini açıqlayıb.