Məleykə Əsədova qızından danışdı:"Bəzən danlayanda..."

Xalq artisti  Məleykə Əsədova  növbəti açıqlamasında qızı haqda danışıb.
“Sherg.az” xəbər verir ki, o həm də valideynlərə tövsiyələrini çatdırıb:
“Ana ürəyi başqadır.  İstəyirəm hər şeyin ən gözəli övladımın olsun, ən yaxşısını ona yedizdirim. Məncə, bütün valideynlər belədir. Bəzən övladı danlayanda ürəyində ağlayırsan. Ailədə sevgi görəndə hər kəsə sevgi ötürəcəksən. Lakin dava-qırğınların içərsində, təhqirlər eşidən uşaq necə düzgün yetişə bilər?! Övlad sevgi istəyir”.