Əməkdar artist:"...Uşaq pulları bərpa edilməlidir"

Əməkdar artist Mehriban Xanlarova son günlər müzakirə olunan uşaq pulu məsələsinə münasibət bildirib.
“Sherg.az” xəbər verir ki, o, İnstaqram hesabında bunları yazıb:
“44 günlük Vətən müharibəsində uşaq pulu almadan, minbir əziyyətlə böyüyən igidlərimiz qəhrəmancasına döyüşərək öz canlarını qurban verdilər. Elə bu səbəbdən uşaq pulları bərpa edilməlidir ki, valideynlər əziyyət çəkməsinlər. Həyat bahalı villaların pəncərəsindən göründüyü kimi deyil”.