Xalq artistindən qadın qətllərinə etiraz:“Belə cəmiyyət sonda...”

Xalq artisti Naibə Allahverdiyeva qadın qətllərinə etiraz edib.
“Sherg.az” xəbər verir ki, aktrisa Feysbuk profilində qəzəbini dilə gətirib:
“Qadınların əzab çəkdiyi, öldürüldüyü, hüquqlarının tapdalandığı cəmiyyət sonda cəhənnəmə vasil olur”.

Xatırladaq ki, Bakıda Aytən Niftəliyeva adlı qadının bir yaşlı körpəsi ilə birgə əri tərəfindən binadan atıldığı iddia olunub. Həm ana , həm də körpəsi dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.