Nazilə Səfərlidən Cavidə dəstək:"Bu oğlan saf idi"

Son zamanlar sosial şəbəkələrdə Zaur Baxşəliyevin verilişinə qatılıb, evdən qaçmış xanımını axtaran  kişinin videosu müzakirə olunur. Onun görüntüləri “TikTok”, İnstaqram kimi sosial şbəəkə platformalarında paylaşılır.
Növbəti dəfə səhifələrdən birində həmin şəxsin və xanımının videosu yerləşdirilib.
“Sherg.az” xəbər verir ki, şairə Nazilə Səfərli məsələyə münasibət bildirərək bu rəyi yazıb:
“Bizim cəmiyyətdə fırıldaq, hoqqabaz olmaq lazımdır. Bu oğlan saf idi. Hiylə bilmirdi və həqiqətən qıza aşıq idi. O xanımı hər şeyə rəğmən qəbul etdi. İndi onu ələ salırsınız? Sevir də nə etsin?”