Tolik sərt danışdı:"Söyülən biz, Şuşaya gedən onlar..."

“Biz niyə Şuşaya gedə bilmirik? Kimin tanışı, “dayday”ı var, hamısı oradadır.  Müharibə  vaxtı zərrə qədər dəstəyi olmayanlar indi Şuşada şəkil çəkdirirlər”.
“Sherg.az” xəbər verir ki, bu sözləri İnstaqram hesabında prodüser Tarix Əliyev(Tolik) yazıb. O, Şuşaya getmək istəyini dilə gətirib:
“Hər dəfə deyirəm ki, danışmayım, amma bu ayrıseçkiliklər bizi bezdirdi. Başqa mövzularda susurlar, biz özümüzü oda atırıq. Söyülən də biz oluruq, amma Şuşaya onlar gedirlər”.