Roza intiqam alacaq! – “Bəziləri rüsvay olacaqlar”

Müğənni Roza Zərgərli “Üzə düz” verilişində qonaq olarkən qızı Bənövşə haqda çıxan xəbərlərdən danışıb.
“Sherg.az”ın məlumatına görə, sənətçi həmin söz-söhbətlər yarananda qızına sual belə vermədiyini söyləyib:

“Çünki məsələ gündəmə gəlməzdən öncə həmin söhbəti 4-5 tanınmışın övladı haqda söylədilər. Dedim, Vallah, gülməlidir, axı o, evlidir. Adım hallananda, övladım gülürdü, mən stress  yaşayırdım.

Söhbətin dərinliyinə qədər gedib çıxdıq, lazımi orqanlara müraciət etdik. Bildirdim ki, sizin idarəyə gəlib, danışmaq istəyirəm.

Dedilər, sizlik burada bir məsələ yoxdur. Necə dəvət edək? Bu başqa bir iş, olaydır, sizə məsləhət görürəm ki, öz cameənizdən, düşməninizi axtarın. Artıq işin sonuna gəlib çıxırlar. Hər şey bəlli olacaq, işin arxasında duran “Şou-biznes” nümayəndələri rüsvay olacaqlar. Mən bunu belə qoymayacam”.