Tacir:"Murad Rzayev yaddaşını itirib, nə gəldi danışır”

Müğənni Tacir Şahmalıoğlu bir müddət öncə video-müraciət edərək fəxri ad istədiyini dilə gətirdi. Bu da sosial şəbkələrdə müzakirə doğurdu. Onu dəstəkləyənlərlə yanaşı, tənqid edənlər də oldu. Kimisi Tacir bəyin fəxri ad almasını istədi, kimisi isə buna qarşı çıxdı.
Biz də məsələnin nə yerdə qaldığını  öyrənmək üçün T.Şahmalıoğlunun özü ilə əlaqə saxladıq.
Sənətçi “Sherg.az”a  müraciətinə bir cavab gəlmədiyini söylədi:
“Allah şahidimdir ki, onu ürəkdən dedim. Çünki Ümumilli Lider Heydər Əliyev mənə xeyir-dua verib, bizim bir neçə konsertlərimizdə  iştirak edib. İstərdim ki, bunları danışım”.
T.Şahmalıoğlu Bayatı-şirazın əsl müəllifinin  “Qarabağ bülbülləri” ansamblının bədii rəhbəri Murad Rzayev olması ilə bağlı  yayılan xəbərlərə də aydınlıq gətirib:
“O söhbətlər müzakirə olundu, aydınlaşdı. Xalq  bilir ki, bu, mənim yaradıcılığımdır, düşüncəmdir. M.Rzayevin elə deməsi qocalıqdandır. Düşünürəm ki, yaddaşını itirib, nə gəldi danışır. Bir də istəmirəm ki, həmin söhbətlərə qayıdım”.
Sənətçi son günlər müzakirə olunan “Laçınım” mahnısı haqda da danışıb:
“Fikrimcə, Məhəbbət Kazımov ona möhürünü vurub,ürək qoyub. 10 milyon xalqın ürəyində illərlə  yaşacaq. O danışıqlara fikir vermirəm. Hamısı mənasızdır. Bunu deyən M.Kazımovun sağlığında söyləyərdi. İndi o, yoxdur, 100  söz danışa bilərlər”.