Aktyor:"Atam məni bağışlamır"

Aktyor Elnur  Mahmudov “Arb” Tv-ə açıqlamasında ailəsi və sənət fəaliyyəti haqda danışıb.
“Sherg.az” xəbər verir ki, sənətçi bu işə başlamazdan əvvəl valideynləri ilə məsləhətləşdiyini söyləyib:
“Atam birmənalı şəkildə “yox” dedi. Söylədi ki, seçim qarşısında qalma. Səhv etdim, atama demədən aktyorluğu seçdim. İndiyə qədər məni bağışlamır. Hələ də qəbul etmir. Ən yaralı yerimdir. Bəzən mübahisə edirik, deyir ki, bu yolu seçməməliydin. Hər işdə valideynin, xüsusilə də atanın xeyir-duası olmalıdır. Amma mənim atam  xeyir-dua vermir”.