Nadirin paylaşımı tənqid olundu:"Özündən danış"

Müğənni Nadir Qafarzadə növbəti dəfə tənqid atəşinə tutulub.
“Sherg.az”ın məlumatına görə, o, türkiyəli musiqiçilərin ifasını İnstaqram hesabında paylaşıb. Nadir videoya “Aclıq olsun, kef olsun” qeydini əlavə edib.
“Teoterlano” adlı istifadəçi “Ay Nadir, bəs sənin türklərdən xoşun gəlmirdi?” şərhini yazıb. Digəri “Sənin kimi biabırçı hərəkət etmirlər ki... Bu yetimlər nə qəbahət iş görürlər? Özündən danış. Səhv edib, sonra üzr istəyirsən” deyərək sənətçiyə irad tutub.