Aktrisa özündən 17 yaş böyük sevgilisinə ərə gedir - Foto

Amerikalı məşhur aktrisa Aleksandra Daddario 52 yaşlı kinoprodüser sevgilisi Endryu Forma ərə gedir.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə 35 yaşlı aktrisa İnstaqram səhifəsində məlumat verib. Daddario birlikdə çəkilən fotolarını sosial şəbəkədə paylaşaraq artıq nişanlandıqlarını bildirib.

Qeyd edək ki, cütlük ötən ilin mayından münasibətdədir.