Keçmiş arvadı: "Ona hörmət etmirəm, Sərdar başqa biri oldu"

Model Xloe Luqnan keçmiş müğənni həyat yoldaşı Sərdar Ortaç haqda danışıb.

Sherg.az axşam.az-a istinadən bildirir ki, Luqnan artıq sənətçiyə hörmət etmədiyini bildirib:

"Qumar bizə, ailəmizə çox ziyan vurdu. Əşyalarımı paylamasına çox pis oldum. Kaş ki, boşandıqdan sonra dost qala bilsəydik. Evli olanda "Xanımım", boşandıqdan sonra "Onu şeytan görsün" dedi. Rəftarı xoşuma gəlmədi. Ona hörmət etmirəm. Sərdar başqa biri oldu, çox incidim".

Qeyd edək ki, müğənni bir müddət əvvəl açıqlamasında cibinə girən hər qəpiyini keçmiş həyat yoldaşı Xloe Luqnana verdiyini bildirmişdi.