Qırmızı xalçaya 6 dəfə "Hörümçək adam" kimi çıxacaq

"Hörümçək adam" filminin ulduzu, aktyor Tom Holland yenidən eyniadlı ekran işində baş rolu canlandıracaq.

Sherg.az Axşam.az-a istinadən xəbər verir ki, bu barədə prodüseri Emi Paskal açıqlama yayıb. O, bildirib ki, filmin daha 3 bölümü çəkiləcək. O, hər üç layihədə aktyor T.Hollandı görmək istədiyini əlavə edib. 

Bununla da Holland əvvəlki üç filmlə birlikdə qırmızı xalçaya 6 dəfə "Hörümçək adam" kimi çıxmış olacaq.