Sevdadan hamiləlik iddialarına cavab

Toyundan sonra artıq çəki alan müğənni Sevda Yahyayeva hamilə olmasıyla bağlı iddialara cavab verib.

Axşam.az xəbər verir ki, sənətçi MTV-yə açıqlamasında bu haqda danışmaq istəmədiyini bildirsə də, kökəlməsinin sirrini bölüşüb:

"İdmana ara vermişəm, daha doğrusu yeməyi çoxaltmışam. Biş-düş edib, oradaca yeyirəm. Ona görə təcili idmana başlamalıyam, o mənim çəkimi qoruyur. Uzun müddət fasilə verəndə kökəlirəm, oradan qaynaqlanır".

Qeyd edək ki, Sevda həkim-genetik Zakir Bayramovla ailəlidir.