Əməkdar artist 20 ildən sonra boşanır

Rusiyanın Əməkdar artisti Qriqori Leps və həyat yoldaşı Anna Şaplıkova boşanmaq qərarına gəliblər.
"Sherg.az" qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "StarHit" nəşri yazıb.
Məlumata görə, cütlük 20 il bərabər yaşadıqdan sonra bəlli olmayan səbəbdən ayrılır. Onlar uşaqlarına xatir sakit şəkildə, qalmaqalsız boşanacaq.
Cütlük boşanmanı rəsmiləşdirmək üçün dekabrın 20-də məhkəmədə görüşəcək.
Xatırladaq ki, Leps və Şaplıkova 2000-ci ildə tanış olublar. İki ildən sonra cütlük münasibətlərini rəsmiləşdirib.