Oktay və Kənan tərəf müqabili oldular?

"Atv" telekanalında yayımlanması planlaşdırılan "Yalnız kurt" serialının aktyor heyəti bəlli olmağa başlayıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində baş rolları Oktay Kaynarca ilə Kənan İmirzalıoğlunun paylaşacağı deyilir.

Aktyorlar isə bu barədə hələlik açıqlama verməyib.

Qeyd edək ki, rejissorluğunu Osman Sınavın etdiyi ekran işində Hasan Dəniz Yaran, Kürşat Alnıaçık, Damla Colbay, Murad Han, Polad Bilgin, Gökhan Soylu, Dəniz Evin, Cihan Ünal, Yaprak Mədinə kimi aktyorlar da çəkiləcək.