Seren Serengil əməliyyat olunub

"Dumping" sindromundan (mədədə yeməyin qalmaması) əziyyət çəkən türkiyəli aparıcı Seren Serengil əməliyyat olunub.

Medicina.az xəbər verir ki, sevgilisi Mustafa Rəhman Tohma əməliyyatdan çıxan aparıcının vəziyyəti barədə məlumat verib:
"Allahıma sonsuz şükürlər olsun. Əməliyyatımız yaxşı keçdi".

Qeyd edək ki, Serengil mədəkiçiltmə əməliyyatı etdirdikdən sonra sürətli çəki ataraq 43,5 kiloqrama düşüb.