Dünya ondan danışır: Yoxsulluqdan lüks həyata...

 Dünya milyonlarla pərəstişkarı, imza atdığı onlarla anlaşması, Instagramdakı rekord təqibçisi və dünyanın ən məşhur futbolçusu ilə sevgili olan xanımdan danışır.

Sherg.az xarici media istinadən xəbər verir ki, sevgilisinin "Mançester Yunayted"in ulduz futbolçusu Kristian Ronaldo olmasına baxmayaraq özü 20 milyon sterlinqlik sərvət qazanıb. Corcina Rodriqesin pərəstişkarları, onun lüks malikanələr, idman avtomobilləri, yaxtalar, dizayn paltarlar və bahalı ləl-cəvahiratlarla dolu dünyası qarşısında heyran qalır.

Corcina Rodriqesin həyatı heç vaxt bu qədər lüks olmamışdı. "Daily Mail" qəzeti, 7 il əvvəl 20 yaşında olan Corcina Rodriqesin Bristolda uşaq baxıcısı olaraq çalışdığını, həftədə cəmi 125 sterlinq qazandığını və təvazökar bir həyat sürdüyünü ortaya çıxarmışdı.

Baxıcı olaraq işlədiyi zamanlar aldığı aşağı ödənişə baxmayaraq ingilis və rəqs dərsləri də verirdi. İndi ispan modelin həyat şərtləri tamam dəyişib.
Ronaldo bu yaz "Mançester"lə müqavilə imzaladıqdan sonra, dörd uşaqlarıyla birlikdə İngiltərəyə gəlib. Corcinanın məşhur qonşuları arasında artıq Vayne Runi, Raheem Sterlinq və Harry Maquire kimi ulduz futbolçular var.

27 yaşlı model indi gələcəyin Viktoria Bekhemi olaraq xatırlanır. Yəni həyat yoldaşının ulduz futbolçu olmasına baxmayaraq, öz başına bir meqastardır... Corcina, zənginliyə uçub gedən həyatını izah edən serialda baş rol oynamağa hazırlaşır.
"Netflix"də yayımlanan serialla bərabər Corcina, məhsullarını tanıtmaq üçün böyük məbləğlər ödəməkdən çəkinməyən İngilis markalar tərəfindən seçilən bir modeldir.
Milyonlarla pərəstişkarı olduğunu söyləmyə belə gərək yoxdur.  İspaniyanın ictimai mediada ən çox izlənilən qadını olan Corcinanın İngiltərəni təəccübləndirməkdə qərarlı olduğunu söyləyir.

Turan