Serial eşqi gerçək oldu?

Daha öncə "Afilli aşk" serialında birgə rol alan Burcu Özberklə Serkay Tütünçünün eşq yaşadığı deyilir.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iddialara görə, cütlük şənliklərin birində ətrafdakılara fikir vermədən öpüşüb. Onların səmimi münasibəti gecəboyu davam edib.


Qeyd edək ki, daha öncə də sevgili olduqları ilə bağlı xəbər yayılsa da, onlar məlumatları təkzib etmişdi.