Xatirə İslam toyuq aldı, içindən qurd çıxdı 

Müğənni Xatirə İslam aldığı toyuğu sosial şəbəkədə paylaşaraq gileylənib.

Axşam.az xəbər verir ki, sənətçi "Siyəzən" toyuğu aldığını və içindən qurd çıxdığını bildirib. O, eyni zamanda aldığı şirniyyatın da vaxtının keçdiyini söyləyib:

"O qədər pis iy gəlir ki... Vaxtı da 25-də keçib. Qurdu niyə görməmişəm bilmirəm. "Bravo"dan almışam. Bunu paylaşıram ki, bir də belə məhsul satılmasın"