Boşandığı ərini unutmayan İsgəndərli: “Onun həyat yoldaşı ilə bacı kimiyik"


Əməkdar artist Mətanət İsgəndərli  keçmiş həyat yoldaşından danışıb.
"Sherg.az" xəbər verir ki,  "1 Dəqiqə" verilişində qonaq olan M.İsgəndərli bu sözləri deyib:
"Həyat yoldaşım rəhmətə gedəndə elə bildim dünya uçub, altında qalmışam. İlahi, o nə hissdir... İnsan çox qəribə məxluqdur. Onun üçün yanacağımı bilməzdim.
Deyirdim, görəsən, bu halım keçəcək? O qədər yandım ki. İndi də yadıma düşəndə ağlayıram. Balalarımın atasıdır, sevmişəm".
Əməkdar artist  keçmiş mərhum ərinin həyat yoldaşı ilə bacı kimi olduğunu söyləyib:
"Bir yerdə rəhmətlik yoldaşımın qəbir üstünə gedirik. Onun oğlu evimin ən əziz adamıdır. Birlikdə Moskvaya getmişdik. Kərimin işi olanda onunla gedirəm. Bir otaqda yatırıq, elə bilirəm öz balamdır, Kərimin qardaşıdır".