Çağatay Ulusoyun tərəf müqabili bəlli oldu - Foto

Aktyor Çağatay Ulusoyun baş rolunu canlandıracağı "Süslü korkuluk" serialındakı tərəf müqabili bəlli olub.

Axşam.az xəbər verir ki, ekran işində aktrisa Alina Boz rol alacaq. Layihədə yer alacaq digər adlar isə hələlik məlum deyil.

Qeyd edək ki, Alina sonuncu dəfə "Aşk 101"də Eda obrazına həyat verib.