Nazilə Səfərli kitab yazır: “Bütün ərləri müqayisə edəcəyəm” 

“Həyat yoldaşım haqqında kitab yazıram”
“Sherg.az” xəbər verir ki, bu fikirləri şairə Nazilə Səfərli AStar “Youtube” kanalına açıqlaması zamanı bildirib.
O söyləyib ki, bu kitab ona uğur gətirəcək:
 “Kitabın adı “Mənim Ərim”dir. Bu kitabda mənim ərimin xarakterindən, onun fərqli olmağından, onun bu dünyadan olmamağından danışacağam. Mən onun simasında bütün ərləri müqayisə edəcəyəm”.
Eyni zamanda, N.Səfərli qeyd edib ki, bu kitab hər kəsin diqqətini cəlb edəcək.  

Çimnaz ŞAHLAR