Onları təqib edən müxbirlərə əsəbiləşdi

Müğənni Hadisə ilə sevgilisi, iş adamı Mehmet Dinçer ötən gecə Arnavutköydə görüntülənib.

Axşam.az xəbər verir ki, Mehmet cütlüyü davamlı olaraq izləyən müxbirlərə qarşı səssizliyini pozub. O, paparatsilərin bu təqibindən narahat olduqlarını vurğulayıb.

“Bizi narahat edirsiniz. Bir saatdır bizi izləyirsiniz, qorxduq. Sizin mətbuatdan olduğunuzu haradan bilim?”- deyə, Mehmet əsəbiləşib və sualları cavablamadan oradan uzaqlaşıb.

Hadisə isə müxbirlərlə Dinçər arasındakı dialoqa heç bir reaksiya verməyib.