Ən yaxşı cütlük seçildilər


“Kızlar soruyor” adlı portal bu dəfə ilin ən yaxşılarını seçmək üçün sorğu keçirib.


Axşam.az xəbər verir ki, sorğunun nəticələrinə görə, "İlin ən yaxşı serial cütlüyü" Cemre Baysel və Aytaç Şaşmaz olub.

Digər kateqoriyalar üzrə isə nəticələr belədir: "İlin ən yaxşı mahnısı" "Martılar" (Edis), "İlin ən yaxşı serialı" "Yarqı", "İlin ən yaxşı aktrisası" Ayça Ayşin Turan ("Ada masalı"), "İlin ən yaxşı aktyoru" Alp Navruz (Ada masalı"), "İlin ən yaxşı yutub fenomeni" Barış Özcan, "İlin ən yaxşı instaqram fenomeni" Aykut Elmas.

Qeyd edək ki, Cemre ilə Aytaç "Baht oyunu" serialının çəkilişlərində tanış olub və sevgilidir.