Seda Sayan villasını 10 milyon dollara satır

Türkiyəli müğənni Seda Sayanın 4 milyon dollara aldığı villanın təmir işləri sona çatıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi Sarıyer səmtində yerləşən evində yaşamaq istəmediyi üçün satışa çıxarıb.

Sayan yeni təmir olunan villası üçün 10 milyon dollar istəyir.

Qeyd edək ki, Sayan bu günə kimi qazandığı pulların böyük hissəsini mülklərə xərcləyib. İstanbulda 30 evi, Bodrumda 3 villası, Londonda bir mənzili olan ifaçı Türkiyənin varlı əmlakçısı adlandırlır.