Nilperi “Herakl”dan ayrıldı

 Uzun müddətdir birlikdə olan Nilpəri Şahinkaya və Emre Yusufinin münasibəti bitib. 36 yaşlı aktrisa 5 ildir birlikdə olduğu Əmrə Yusufidən ayrılıb. Emre Yusufi açıqlamasında "İndi bu açıqlamanı verməyəcəyəm. O  bu günlərdə çox məşğuldur, mən də məşğulam. Ona görə də bir az öz işimizə cəmləşdik" deyə bildirmişdi.
 Nilperi Şahinkaya da daha əvvəl evlilik sualları ilə bağlı "Düşünürük, Yəni aydın bir şey yoxdur. Əslində belə xoşbəxtik, amma hər şeyi zaman göstərəcək" demişdi.
Aktrisa Şahinkaya dünən qatıldığı qala gecəsində bitən münasibəti ilə bağlı açıqlamalar verib. "Bəzi münasibətlərin bir ömrü var. Hər kəsə uyğun bir şəkildə bitməsi vacibdir".

Nilperi Şahinkaya bir az əvvəl  müsahibəsində Əmrə Yusufi haqqında danışarkən bu sözləri deyib: “Əmrəni yolda görsələr, mat qalırdılar. Mən kişiləri təlqin etməyi sevirəm. Kişi olduğu aydın olsun. Əmrə də yaratdığı heykəllər kimi Herakldır”.