Məşhur aktrisa Ebru Şahin qatıldığı dəvətdə mətbuat nümayəndələrinin suallarını cavablandırıb.
Sherg.az Türkiyə mediasına istinadən xəbər verir ki, Şahin jurnalistlərin "Ana olmağı düşünürsənmi?" sualına gülərək cavab verib:
“Bu, açıq-aydın çox xüsusi bir vəziyyətdir. Mənə belə sual verildikdə narahat oluram, amma hazırda ana olmağı düşünmürəm".
Qeyd edək ki, aktrisa Ebru Şahin və basketbolçu Cedi Osman 2022-ci il iyulun 1-də Makedoniyanın Ohrid şəhərində evlənib.
Son zamanlar görüntülənən məşhur aktyor Şahin Yunanıstana köçməsi ilə bağlı iddialara “Həyat yoldaşım xaricdə işləyir, orda evimiz var, gedib-gəlirik” deyərək cavab verib.